Türkiyə

Arvad-uşağını öldürüb intihar etdi - FOTO

5 Noyabr 2023 12:20
Baxış: 1 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə Bursa şəhəri Mustafakamalpaşa qəsəbəsində baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 34 yaşlı Samet Özdemir arvadı 28 yaşlı Zeynəbi, həmçinin 9 yaşlı oğlu Metehan və 4 yaşlı Batuhanı tapança ilə öldürüb. S. Özdemir daha sonra həmin silahla da intihar edib.

Heyvandarlıqla məşğul olan ailə üzvlərinin meyitini onlara gələn qohumları aşkar ediblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

11 ildir evli olan ər-arvad arasında mütəmadi münaqişə yarandığı, Z. Özdemirin bir müddət ata evində qaldığı və hadisədən 2 gün əvvəl öz evlərinə qayıtdığı bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.