Türkiyə

Azərbaycanlı tərəfindən qaçırıldığı deyilən türkiyəli qız tapıldı - FOTO

8 Oktyabr 2025 15:43
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Sakarya şəhərində itkin düşən və azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı iddia edilən 16 yaşlı qız dörd gün sonra tapılıb.

Milli.Az xəbər verir ki, Gülər ailəsi ATV-də yayımlanan "Müge Anlı ilə Tatlı Sert" proqramına müraciət edərək, qızlarının oktyabrın 3-dən etibarən itkin düşdüyünü bildirmişdi.

Ailə qızlarının Azərbaycan əsilli 17 yaşlı Nadir Həsənov tərəfindən zorla saxlanıldığını iddia edirdi.

Məlum olub ki, Nihlenaz Gülər İstanbulda - ailəsinin adını çəkdiyi Nadir Həsənovun yanında aşkarlanıb.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində gənc qız sağ-salamat tapılıb və ailəsinə təhvil verilib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.