Türkiyədə narkotik maddə istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində bu səhər ifadə vermək üçün saxlanılan məşhur müğənni Hadisə Açıkgöz, sosial mediada ilk açıqlamasını yayıb. O, bu axşam səhnəyə çıxacağını elan edib.
Xəbər verdiyimiz kimi saxlanılan 19 nəfərin hamısı sərbəst buraxılıb.
Hadisə sərbəst buraxıldıqdan sonra sosial media hesabında paylaşım edərək bu axşam Ankara səhnəsində çıxış edəcəyini bildirib. O, açıqlamasında bunları yazıb:
"Baş verənlər qarşısında mən də sizin qədər təəccüb içindəyəm. Bu gün bütün qəlbimlə səhnədəyəm. Ankarada görüşərik."
Lalə Qüdrətova
Milli.Az