III MDB Oyunlarında gimnastika üzrə yarışlara yekun vuruldu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
6-8 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışlar başa çatdı.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu mötəbər turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Qırğızıstan, Kuba, Rusiya və Belarus olmaqla, ümumilikdə 9 ölkədən 86 gimnast və 9 qrup komandası mübarizə aparıb.
Ölkəmizi fərdi proqramda Şəms Ağahüseynova, Azadə Atakişiyeva, Fidan Qurbanlı və Nur Sadıqova, gənclərdən ibarət qrup hərəkətlərində isə Nəzrin Salmanlı, Nəzrin Abdullayeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nilufər Oruclu təmsil ediblər.
Təsnifat mərhələsinə əsasən gimnastlarımız bütün proqramlarda final mərhələsinə yüksəliblər. Finallarda gimnastlarımız bizi sevindiriblər. Belə ki, Azadə Atakişiyeva çoxnövçülük, top və lent ilə proqramlarda gümüş medal, Nur Sadıqova halqa ilə çıxışda bürünc medal qazanıb. Qrup hərəkətləri komandası 5 halqa və 5 cüt gürz ilə proqramlarda bürünc medala yiyələnib. Fidan Qurbanlı gürzlərlə proqramda gümüş medal qazanıb. Qızlarımız komanda hesabında bürünc medalın sahibi olublar.
Üç gün davam edən yarışlar nəticəsində gimnastlarımız ölkəmizə ümumilikdə 8 medal qazandırıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa Liqasının qalibi bəlli oldu
-
Xalq artistinin ən böyük arzusu
-
Çiya toxumu nədir və faydaları nələrdir?
-
Pişiyiniz nə üçün sizlə yatır? - əsl səbəb tam fərqli imiş
-
Keçmişin yüklərindən qurtularaq zehni azad etməyin yolları
-
Karamelli çizkeyk resepti
-
Orqanizm üçün ən faydalı içki hansıdır?
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
-
Nə paltaryuyan, nə soyuducu: sobadan daha çox elektrik işlədən cihaz
-
Son dövrün ən çox danışılan super meyvəsi: aronya nədir?
-
Ançelottidən Neymara ciddi şərtlər
-
Yerli əhali ona 'cəhənnəm qapısı' deyir: hər il bir az da böyüyür
-
"Hələ qərar verilməyib, görək, həyat yoldaşım nə deyəcək?"
-
“Uzak Şehir”də növbəti ayrılıq
-
Kartofları təptəzə saxlamağın üsulu
-
Günün qoroskopu: Sizi daşınmaz əmlak alqı-satqısı gözləyir
-
Fərda efirdə ağladı
-
"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
-
ABŞ və İran arasında növbəti danışıqların tarixi açıqlandı
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
İçi şokoladlı peçenye resepti
-
Tacir Şahmalıoğlunun oğlunun toyundan görüntülər - VİDEO





