Siyasət

Tofiq Musayev insan hüquqlarının müdafiəsi və münaqişədən sonrakı reabilitasiya tədbirlərindən danışıb

9 Oktyabr 2025 01:11
Baxış: 280

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev BMT Baş Assambleyasının Üçüncü Komitəsinin ümumi müzakirələrində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli səviyyədə görülən tədbirlər və BMT mexanizmləri ilə əməkdaşlıq barədə bəyanatla çıxış edib.

Milli.Az xəbər verir ki, Musayev komitə nümayəndələrinə Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonra bərpa və yenidənqurma işlərinin təmin edilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Çıxış zamanı keçmiş münaqişənin humanitar nəticələrinə, o cümlədən itkin düşmüş şəxslərin probleminə və Azərbaycan ərazilərinin irimiqyaslı minalarla çirklənməsinə xüsusi diqqət yetirilib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.