İcitmai nəqliyyatın inkişafı sürətlənir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin nəqliyyat sektorundakı uğurlardan və gələcək planlardan geniş danışıb.
Milli.Az xəbər verir ki, Dövlət başçısı xüsusilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə toxunaraq qeyd edib ki, əsas diqqət metro şəbəkəsinin genişləndirilməsi və ictimai nəqliyyatın inkişafına yönəldilib.
Prezident vurğulayıb ki, yaxın illərdə 10 yeni metro stansiyasının tikilməsi, əlavə depo və mövcud stansiyaların optimallaşdırılması planlaşdırılır. Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır. Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə "B-04" stansyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin "Xocəsən" elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması da nəzərdə tutulub. Hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir.
Həmçinin elektrobuslar və velosiped zolaqları ilə mikromobilliyin təşviqi nəzərdə tutulur. Bu tədbirlər paytaxtda tıxacların azalmasına, ictimai nəqliyyatın daha rahat və ekoloji cəhətdən təmiz olmasına xidmət edəcək.
Dövlət başçısı 2003-cü ildən bəri Azərbaycanda yol, dəmir yolu, metro və hava nəqliyyatı sahələrində böyük inkişafın həyata keçirildiyini söyləyib.
Yol infrastrukturu çərçivəsində 20.767 km yol, 335 körpü, 45 tunel və 163 piyada keçidi tikilib. Dəmir yolları üzrə 1.562 km yeni xətt çəkilib, 1.906 km təmir olunub, müasir qatar və vaqonlar alınıb.
Metro şəbəkəsi 30 km-dən 41 km-ə qədər genişlənib, 7 stansiya və 1 depo tikilib. Sərnişin sayı son 20 ildə 137 milyondan 230 milyona yüksəlib. Avtobus nəqliyyatında "BakuBus" MMC üçün 1300-dən çox avtobus və elektrik avtobuslar gətirilib, Naxçıvan və Gəncədə avtobus parkları yaradılıb.
Hava nəqliyyatı sahəsində Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verilib. AZAL-ın sərnişin sayı və reysləri əhəmiyyətli dərəcədə artıb, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilə illik tutum 20 milyon nəfərə çatdırılacaq.
Qeyd edək ki, həyata keçirilən bu layihələr Bakının nəqliyyat yükünün azaldılmasına, ictimai nəqliyyatın cəlbediciliyinin artırılmasına və şəhər mühitinin daha komfortlu olmasına xidmət edir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





