Türkiyə

Məscid imamı Atatürk barəsində çıxışına görə həbs edildi

3 Noyabr 2023 19:38
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kocaelinde keçirilən Mövlud mərasimində Atatürk, Cümhuriyyət və Türkiyə təhsil sistemi ilə bağlı çıxışı sosial mediada paylaşılan və reaksiyalara səbəb olan məscid imamı Mətn Özcan ittiham edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, imam cəmiyyəti kin və düşmənçiliyə sövq etmək' və 'Atatürkü' 'təhqir etmək' ittihamı ilə həbs olunub.

Mətin Özcan çıxışı zamanı "Cümhuriyyətlə İslam alimlərinin asılmasına qərarlar verildi. Xilafətlər ləğv edildi, mədrəsələr bağlandı. Əlifbalar dəyişdirildi. Hər şeyi bilən müsəlmanlar heç nədən xəbərsiz oldular. Tarixi yaxşı oxuyun, araşdırın",-deyə bildirib. 

O həmçinin valideynləri övladlarını məktəblərə göndərməklə heç nəyə nail olmayacaqlarını və onlara tədris keçən insanların heç də əxlaqlı şəxslər olmadığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.