Türkiyə

Şad günləri yasa döndü - 3-ü də öldü - FOTO

20 Oktyabr 2023 16:24
Baxış: 8 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bursanın şəhər mərkəzində ad gününü qeyd edən Eda Baykay, dostları Sıla Çelik və Sinan Karakuşla birlikdə olduğu avtomobil qəzaya uğrayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza oktyabrın 15-də gecə saat 01:00 radələrində Kestel rayonunda baş verib.

Ad gününü qeyd edən Eda Baykay dostları Sıla Çelik və Sinan Karakuşla birlikdə Adem Duranın idarə etdiyi 16 AFT 818 dövlət nömrə nişanlı avtomobillə İnegöl rayonuna getmək üçün yola düşüb. Həddindən artıq sürət səbəbindən idarəetmədən çıxan avtomobil sürüşüb.Və nəticədə avtomobil aşıb. 

Xəbər verildikdən sonra bölgəyə çoxlu polis, yanğınsöndürən və tibbi yardım göndərilib.

Qurtarma çalışmaları zamanı avtomobildə sıxışan Eda Baykay, Sıla Çelik və Sinan Karakuşun həyatını itirdiyi müəyyən edilib.

Sıxışdığı yerdən xilas edilən Adem Duran isə xəstəxanada müalicə olunduqdan sonra "şüurlu səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs edilib.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.