Türkiyədə İstanbul Baş Prokurorluğunun Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətlərinin istintaqı Bürosu məşhur "Gain Media" rəqəmsal platformasına qarşı əməliyyat keçirib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, məlumata görə, İstanbul Baş Prokurorluğunun koordinasiyası altında aparılan istintaq çərçivəsində "Gain Media"nın və onunla əlaqəli şirkətlərin fəaliyyəti araşdırılıb.
Əməliyyat zamanı şirkətin İdarə Heyətinin sədri Səlahəddin Aydın, ortağı Berkin Kaya və Barbaros Reşat Gülcan "cinayət törətmək üçün təşkilat yaratmaq", "qanunsuz mərc oyunları" və "çirkli pulların yuyulması" ittihamları ilə saxlanılıblar.
İstintaqın detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Gain Medya" son zamanlar populyarlığını artıran rəqəmsal məzmun platformalarından biri kimi tanınır.
Fidan
Milli.Az





