Türkiyə

Məşhur aktyorun kafesinə silahlı hücum edildi - YARALILAR VAR - VİDEO

28 Sentyabr 2023 19:50
Baxış: 1 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Ufuk Bayraktarın sahibi olduğu kafeyə hücum edilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə İstanbulun Cihangir səmtində baş verib. Kimliyi bəlli olmayan şəxs kafeyə girərək müştərilərdən birinə 5-6 dəfə atəş açıb.

Hücum zamanı həmin müştəri ilə yanaşı kafedəki başqa iki nəfər də xəsarət alıb.

Atəş açan cinayətkar hadisə yerindən tez qaçmağa müvəffəq olub. Kafeyə polis və təcili yardım çağırılıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.