Türkiyə

İstanbulda 600 min ev yaşayış üçün təhlükəlidir

30 Avqust 2023 16:43
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda təxminən 600 mindən çox ev yaşayış üçün təhlükəli sayılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

"Nazirliyimizin iştirakı ilə 188 yerdə abadlıq işləri davam edir. Lakin onların sürətləndirilməsinə ehtiyac var. Biz şəhərin Asiya və Avropa hissəsində iki böyük ehtiyat zona müəyyən etmişik ki, orada 350 min ev tikə bilərik", - Özhaseki bildirib.

Nazirin sözlərinə görə, İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində 2030-cu ilə qədər 7,5 bal gücündə zəlzələ proqnozlaşdırılır:

"Heç kəsi narahat etmək istəmirik, amma bu barədə danışmalıyıq. Türkiyənin hər yerində və hər an zəlzələ ola bilər. Türkiyə zəlzələ riski olan 5 ölkədən biridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.