Türkiyə

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir

24 Avqust 2023 12:46
Baxış: 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Səudiyyə Ərəbistanı ticarət əlaqələrini genişləndirir.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə razılaşma Türkiyənin ticarət naziri Ömər Bolatla Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdullah əl-Qasabinin görüşü zamanı əldə edilib.

"Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzular, o cümlədən, ikitərəfli ticarət, tikinti xidmətləri və Ərəbistanın "Vizyon 2030" layihəsi çərçivəsində əməkdaşlıq imkanları ilə bağlı atıla biləcək konkret addımları qiymətləndirdik", - deyə Ö.Bolat bildirib.

Bundan əlavə, tərəflər ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq sayəsində ticarət əlaqələrini daha da inkişaf etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 iyul tarixində Səudiyyə Ərəbistanına səfər edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.