Türkiyə

Ankarada FETÖ-yə qarşı əməliyyat: 20 nəfər saxlanılıb

22 Avqust 2023 12:34
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin hüquq-mühafizə orqanları paytaxt Ankaranın 4 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirib.

Milli.Az "report"a istinadən bildirir ki, nəticədə 20 şübhəli saxlanılıb.

Qeyd edək ki, son günlər Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar intensivləşdirilib.

1990-cı illərin sonundan ABŞ-də məskunlaşan "din xadimi" Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı təhsil və ictimai hərəkat pərdəsi altında dünyanın onlarla ölkəsində məktəblərə, iş yerlərinə, mediaya, dövlət və hökumət institutlarına, hüquq-mühafizə orqanlarına, məhkəmə və ədliyyə sistemlərinə, hərbi qurumlara, bank və maliyyə sektoruna sıza bilib.

FETÖ 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 180-i mülki şəxs olmaqla, 250-dək Türkiyə vətəndaşı qətlə yetirilib. Bir çox ölkələr FETÖ-nü terror təşkilatı kimi tanıyır.

Azərbaycan və Türkiyə FETÖ-yə qarşı birgə mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.