Türkiyə

Ərdoğandan XƏBƏRDARLIQ: "Qeyri-sabitlik bir çox ölkəyə sıçrayacaq"

21 Avqust 2023 22:53
Baxış: 1 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerə gözlənilən hərbi işğala qarşı çıxış edib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazıb.

"Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerə hərbi müdaxilə qərarını ədalətli hesab etmirəm. Nigerə hərbi müdaxilə qeyri-sabitliyin Afrikanın bir çox ölkəsinə sıçrayacağı anlamına gələcək", - Türkiyə lideri bildirib.

Bundan əlavə, o, Niger xalqını Türkiyəyə qardaş adlandırıb və vətəndaşların demokratiyanı bərpa edə və yeni seçkilər keçirə biləcəklərinə ümid etdiyini bildirib.

"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, avqustun 21-də Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin hərbi aerodromlarında Nigerə mümkün hərbi müdaxilə üçün hazırlıqlara başlanılıb.

ECOWAS nümayəndə heyəti "Vətənin Müdafiəsi üzrə Milli Şura" və onun rəhbəri general Abdurahman Tchiani ilə danışıqların nəticəsiz qalmasından sonra Nigeri tərk edir.

Üsyançılar cəmiyyətin devrilmiş prezident Məhəmməd Bazumu geri qaytarmaq təklifini rədd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.