Türkiyə

Türkiyədə yeni hava limanı tikiləcək

21 Avqust 2023 14:15
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Trabzon şəhərində yeni hava limanı tikiləcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir bildirib ki, Trabzonda artan sərnişin və turizm sıxlığı ilə bağlı yeni hava limanına ehtiyac var.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Trabzon Hava Limanından istifadə edən turistlərin sayı 737 min 137 nəfərə çatıb.

2023-cü ilin yanvar-iyul aylarında Trabzon Hava Limanına Azərbaycandan 50, Almaniyadan 260, BƏƏ-dən 598, Bəhreyndən 236, İraqdan 35, İsraildən 59, Qətərdən 57, KKTC-dən 87, Küveytdən 521, Səudiyyə Ərəbistanından 1166, Omandan 488 və İordaniyadan 352 olmaqla, ümumilikdə, 3 min 909 uçuş həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.