Türkiyə

ABŞ bu məsələdə Türkiyəni dəstəklədi

9 Avqust 2023 11:40
Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiyanı yenidən Taxıl Dəhlizi Sazişinə qoşulmağa məcbur etməkdə Türkiyənin rolunu dəstəkləyib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller açıqlama verib.

M.Miller bildirib ki, Türkiyə əvvəldən Rusiyanı bu təşəbbüsü davam etdirməyə razı salmaqda çox konstruktiv olub.

Qeyd edək ki, avqust ayı ərzində Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri baş tutacaq.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 17-də bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.