Türkiyə

Türkiyə beynəlxalq münasibətlərin həllində açar ölkəyə çevrilib - Ərdoğan

9 Avqust 2023 10:01
Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə beynəlxalq münasibətlərin həllində açar ölkəyə çevrilib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14-cü Səfirlər Konfransında çıxışı zamanı deyib.

"Türkiyənin Ukrayna müharibəsində tutduğu mövqe bütün dünyanın təqdirini qazanıb. Biz ilk gündən balanslı və ədalətli münasibətimizlə bu böhranın həllində əsas ölkə rolunu öz üzərimizə götürmüşük. Türkiyə beynəlxalq münasibətlərə damğasını vuran, bir çox vacib mövzularda iştirakı axtarılan açar ölkəyə çevrilib", - deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyənin heç kimlə, xüsusən də qonşuları ilə həll olunmayacaq problemləri yoxdur.

"Üç qitənin mərkəzində yerləşən Türkiyə hadisələri səssiz izləyə bilmir. Güclü olmaq bizim üçün seçim deyil, öhdəlikdir. Bunun yolu konstruktiv, aktiv və balanslaşdırılmış xarici siyasətdən keçir. Biz diplomatiyanın bütün imkanlarından, elementlərindən istifadə edərək, Türkiyənin maraqlarını qorumağa səy göstəririk", - deyə Ərdoğan vurğulayıb.

"Biz Türkiyənin ərazi bütövlüyünü təhdid edən terror bəlası aradan qaldırılana qədər əməliyyatlara davam edəcəyik", - Türkiyə lideri qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.