Türkiyə

Türkiyə Prezidenti: Biz dünyaya bəyan etdik ki...

15 İyul 2023 23:17
Baxış: 1 132
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz bütün dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bəylərbəyi stadionunda keçirilən "Türkiyə Əsrinin Qəhrəmanları" proqramında çıxışı zamanı söyləyib.

Yeddi il öncə iyulun 15-nə keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin aradan qaldırıldığını qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb: "Biz xalq olaraq nəsildən-nəslə danışılacaq böyük bir dastan yazdıq. Biz bütün dünyaya bəyan etdik ki, tankla, topla, tüfənglə milli iradəni təslim etmək olmaz. Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.