Türkiyə

Türkiyə tarixində növbəti rekord

4 İyul 2023 18:53
Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Birjasının əsas indeksi BIST100 bazar ertəsi bütün zamanların ən yüksək göstəricisi olan 6000-i keçib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, indeks yüksək mövqelərdə alqı-satqıya başlayıb və gün ərzində yüksəlişini davam etdirərək 6005 bəndədək yüksəlib.

Bazar ertəsi ticarətin sonunda BIST100 təxminən 4,2% dəyər artırıb və 6000 bəndi ətrafında günü başa vurub.

Ekspertlərin fikrincə, rekord artım Qurban bayramı münasibətilə Türkiyədəki uzun tətildən sonra ticarətdəki canlanma ilə əlaqədardır.

Bildirilir ki, ən böyük artımı nəqliyyat sektoru, quru və hava daşıyıcıları şirkətlərinin səhmləri göstərib. Bayram günlərində onların bir çoxu treyderlərin davranışlarına təsir edən rekord trafik həcmi barədə məlumat verib. Bir sıra şirkətlərin səhmləri 7-9% bahalaşıb. Enerji və tikinti sektorundakı şirkətlərin aktivləri də artıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.