Türkiyə

Türkiyə əlavə iki döyüş təyyarəsinin istehsalına başlayıb

20 İyun 2023 11:56
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-dan daha iki ədəd istehsal ediləcək.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə TUSAŞ-ın Baş direktoru Temel Kotil məlumat verib.

"KAAN artıq uçuşa hazır vəziyyətdədir, lakin bəzi sınaqlar tamamlanmalıdır. 2028-ci ildə 20 ədəd KAAN döyüş təyyarəsini Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verməyi planlayırıq. Bu təyyarələr F-35-in alt, F16-nın üst seqmenti olacaq", - deyə o əlavə edib.

T.Kotil onu da bildirib ki, beşinci nəsil KAAN təyyarələri 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 may tarixində Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.