Türkiyə

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adına fond yaradılıb

31 May 2023 15:10
Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına ölkədə fond yaradılıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, fondun qurucuları arasında Ərdoğanın övladları Bilal Ərdoğan, Esra Albayrak və Sümeyye Erdoğan Bayraktar da yer alıblar.

Fondun əsas məqsədləri arasında prezident Ərdoğanın şəxsi əşyalarının və səlahiyyət müddəti ərzində ona hədiyyə edilən əşyaların sərgilənəcəyi "Rəcəb Tayyib Ərdoğan Muzeyi" və cəmiyyətin təhsil səviyyəsini yüksəltmək üçün "Rəcəb Tayyib Ərdoğan Kitabxanası"nın yaradılması da var.

Bildirilib ki, fond tərəfindən elmi, mədəni və bədii proqramlar da təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.