Türkiyə

“Taliban”ı tənqid edən siyasi fəal Türkiyədə bıçaqlanıb - FOTO

19 May 2023 09:52
Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yaşayan və Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatını tənqid edən siyasi fəal İstanbulda hücuma məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Haşim Daneşin dediyinə görə, əlində bıçaq olan naməlum şəxslər onu evin yaxınlığında gözləyib və qəfil hücum ediblər. 

Xəstəxanaya yerləşdirilən Məhəmməd Haşim Daneşin həyatına heç bir təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl "Taliban" hakimiyyətində təmsil olunan bir neçə məmur xaricdə yaşayan və ölkədəki siyasi rejimi tənqid edən şəxslərə xəbərdarlıq etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.