Türkiyə

Türkiyənin SİPER raketi son sınağını uğurla tamamlayıb

12 May 2023 11:30
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ROKETSAN, ASELSAN ve TÜBİTAK-SAGE şirkətlərinin ortaq istehsalı yerli SİPER uzun mənzilli Hava Hücumundan Müdafiə (HHM) sisteminin raketi son sınağını uğurla tamamlayaraq uzun məsafədən hədəfi vurub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demir öz rəsmi twitter hesabında məlumat verib.

"Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik", - deyə Demir bildirib.

Qeyd edək ki, SİPER-in son atış sınağı 2022-ci ilin avqustunda həyata keçirilib. Bu sınaq zamanı Axtarış Radarı və Atəş Nəzarət Mərkəzindən də istifadə olunub. SİPER 100 kilometr məsafədə hədəfi məhv edərək öz rekordunu qırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.