Türkiyə

Türkiyənin sürət qatarı mayın sonuna qədər ödənişsiz olacaq

27 Aprel 2023 09:56
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna qədər ödənişsiz olacaq.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi sosial media hesabında bildirib.

Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.

Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.

Qatar xətti aprelin 26-da istifadəyə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.