Türkiyə Çində fabrik açıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə Poli Vinil Xlorid (PVC) stabilizator məhsulları qrupunun qlobal bazar lideri Akdeniz Chemson, Çin bazarında artan tələbi ödəmək üçün yeni bir investisiyaya imza atıb.
Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, OYAK Qrup şirkətlərindən biri olan Akdeniz Chemson Çinin Ciciang əyalətinin Hucou şəhərində illik istehsal gücü 30 min ton olan fabriki istifadəyə verib.
OYAK-ın baş direktoru Süleyman Savaş Erdem, Akdeniz Chemsonun Çinə sərmayə qoymasının OYAK-ın son illərdəki vizyonu və davamlı böyümə strategiyasının nəticəsi olduğunu ifadə edib.
"Davamlılığı və gəlirliliyi daim diqqət mərkəzində saxlayan OYAK, Akdeniz Kimya ilə Chemson-u, "Akdeniz Chemson" markası adı altında birləşdirdi. Bu böyük addımla Akdeniz Chemson, Global (AC Global) PVC stabilizatorları sahəsində beş qitədə fəaliyyət göstərən dünyanın ən böyük şirkəti oldu", - deyə baş direktor bildirib.
Qeyd edək ki, obyektin yerləşdiyi Hucou şəhəri Çinin şərq sahilində, ölkənin ən mühüm istehsal mərkəzlərindən biri olan Yangzi çayının (Gök Irmak) sahilində yerləşir. Şəhər Çinin və regionun ən böyük idxal və ixrac limanlarından ikisi olan Şanxay və Ninqbo limanlarının yaxınlığında yerləşir.
Şəhər mərkəzindən təxminən 30 kilometr aralıda yerləşən Hiping qəsəbəsində qurulan Akdeniz Chemson obyekti 20 min kvadratmetr sahəni əhatə edir. Obyekt abadlıq-quruculuq işləri düzgün qurulmuş sənaye zonasında, nəqliyyat və infrastruktur imkanlarının əlverişli olduğu yerdə yerləşir.
Laboratoriyası, istehsal xətləri və anbarları ilə fəaliyyətə başlayan müəssisədə kalsium-sink və üzvi əsaslı, yeni nəsil stabilizatorlar istehsal olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
Türkiyədə zəlzələ oldu
-
Arvadı iş yerində xəyanət üstündə TUTDU - VİDEO
-
CHP qurultayı ilə bağlı əməliyyat: 13 nəfər SAXLANILDI
-
Türkiyədə yük maşını 2 avtomobillə toqquşdu: 5 ölü, 6 yaralı - FOTO
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
XƏBƏR LENTİ
-
Acunun komandası İngilətərə Premyer Liqasına vəsiqə qazanıb
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu





