Türkiyə

ABŞ Türkiyədəki seçkidən "narahatdır" - Rus ekspert

30 Mart 2023 12:24
Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Türkiyə də daxil olmaqla, Rusiya ətrafındakı dövlətləri zəiflətməyə çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert, professir Vladimir Avatkov deyib.

O, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərinin ölkənin taleyi üçün son dərəcə önəmli olduğunu bildirib:

"Türkiyə bu il Cümhuriyyətin 100-cü ilini qeyd edir. Ərdoğan ölkəni Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkdən daha uzun müddət idarə etdi və davam etmək istəyir. Təəssüf ki, Qərb ölkələri bir çox ölkələrin daxili işlərinə dəfələrlə müdaxilə edib. İndi isə Türkiyədəki proseslərdən olduqca narahatdırlar. Avropa Birliyi əslində ABŞ-ın bir əyaləti, koloniyasına çevrilib, Türkiyə isə tərəfsizliyini qorumağa çalışır. Açıq danışsaq, ABŞ Ankaranın bu davranışlarında ciddi təhlükə görür. Türkiyənin zəiflədilməsi cəhdi Cənubi Qafqazın, Qazaxıstanın da zəiflədilməsi cəhdi olacaq. Buna daha əvvəl qismən çalışdılar, bundan sonra da aktiv olacaqlar", - deyə ekspert bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.