Türkiyə

"Tahanın cəsədi yorğana sarılmış vəziyyətdə tapılıb" - FOTO

27 Fevral 2023 20:07
Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan sosial şəbəkə fenomeni Taha Duymaz həlak olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yaxın dostu Raqib Narin onun cəsədinin dağıntılar altında necə tapıldığını açıqlayıb.

"Zəlzələ Taha yatağında olarkən baş verib. Yorğana sarılmış vəziyyətdə tapılıb, tərtəmiz, heç şişməmiş, qoxusuz şəkildə, eynən həyatı kimi" deyə, o, paylaşımında yazıb.

Bundan başqa, o, Tahanın anası Meryemin vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Taha sosial şəbəkədə bişirdiyi yeməkləri paylaşaraq məşhurlaşmışdı. O, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalaraq dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.