Türkiyə

İstanbulda uçma riski olan binalar sökülür - VİDEO

23 Fevral 2023 13:16
Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda uçma riski böyük olan binaların sökülməsinə başlanılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu öz tviter hesabında açıqlayıb.

"Əlavə stimul olaraq və prosesin sürətləndirilməsi üçün İstanbul bələdiyyəsi sökülən evlər üçün 4500 lirə əlavə kirayə yardımı göstərəcək", - deyə İmamoğlu qeyd edib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində zəlzələ zamanı uçma riski yüksək olan 318 binanın təcili olaraq sökülməsinə qərar verilib. Sözügedən evlərdə 10 minə yaxın sakin yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.