Türkiyə

Hadisə Niderland radiosunda zəlzələ qurbanları üçün ianə topladı - VİDEO

16 Fevral 2023 18:51
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin pop ulduzu Hadisə Türkiyədə baş verən iki zəlzələdən sonra zəlzələ qurbanları üçün örnək addım atıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi Niderlandda başladılan kampaniyaya dəstək verib.

Radio kanallarında yayımlanan verilişə qatılan Hadisə bunları deyib:

"Hal-hazırda Niderlandda radio stansiyasındayam. Zəlzələdən zərər çəkənlərə yardımlar yığılır. Gərgin gündür, acımız böyükdür. Bəli, çox çətin günlər keçiririk, amma gördüyünüz kimi bir araya gələndə hər şeyə nail oluruq. Burada olmaq mənim işimdir. Çünki mən qürbətdə yaşayan ailənin övladıyam. Burada bizimlə insanlar arasında körpü olmaq mənim üçün çox önəmlidir. Daha sonra İstanbula qayıdacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.