Türkiyə

"Təbiət qarşısında aciz olduğumuzu dərk etdim"

11 Fevral 2023 10:31
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün 32 yaşım tamam oldu. İllər və hadisələr bizi sürətlə dəyişir. Ətrafımızda baş verən hadisələr fərqində olmadan üzərimizdə təsir buraxır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. O, Türkiyədəki dəhşətli zəlzələnin qurbanlarına görə doğum gününü qeyd etməyəcəyini bildirib:

"Normalda doğum günümü sevdiyim insanların, dostların, doğmaların əhatəsində qeyd etməyi sevirəm. Amma qardaş ölkə Türkiyədə baş verən faciəvi hadisədən sonra vicdanım buna əl vermir. Minlərlə insan həlak olub, minlərlə insan dağıntı altında xilas olunmağı gözləyirlər. Minlərlə insan evsiz, yuvasız qalıblar. Milyonlarla insan səfərbər olublar. Baş verən hadisələr məni yaşımdan daha çox böyütdü. Dünya, təbiət qarşısında necə aciz, zəif olduğumuzu daha dərindən dərk etdim. Amma üzərində qürurla, ədayla gəzirik, sanki biz var idik, dünya bizim üzərimizə yaranmış kimi. Diqqət göstərən, təbrik edən bütün hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.