Türkiyə

Hatayda kütləvi məzarlıq salındı - VİDEO

9 Fevral 2023 20:59
Baxış: 1 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı durmadan artır. Təbii fəlakət nəticəsində ölənlərin sayı 17 minə çatır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəlzələdən əziyyət çəkən Hatay vilayətinin İskenderun bölgəsində həlak olanlar üçün kütləvi məzarlıq salınıb.

Ölkə mediasında yayılan görüntülərdən həlak olanların bəzilərinin artıq dəfn olunduğu bildirilir.

Xatırladaq ki, Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyənlərin cənazələri 24 saatlıq gözləmə müddətindən sonra DNT, barmaq izi nümunələri və fotoları çəkilərək dini öhdəliklərə uyğun olaraq dəfn olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.