Ölkə

Azərbaycanda bu rayonda vətəndaşlara mənzil veriləcək - 3,2 milyon manat ayrıldı

8 Dekabr 2025 15:20
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində prioritet kateqoriyalardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və avtomobillə təmin olunması, reabilitasiya xidmətlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Ağdaş rayonunda qeyd olunan kateqoriyadan olan şəxslərə yeni mənzillər veriləcək.

Proqram çərçivəsində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaşda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan mənzillərin satın alınmasına isə 3 milyon 186 min 650 manat vəsait xərcləyək. Artıq qurum bununla bağlı tikinti şirkətlərinin biri ilə ("Hünər İnşaat" Firması) müqavilə bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.