Cəmiyyət

"Sən çox gözəlsən” mesajına görə müdir məhkəməlik oldu – Təzminat verəcək

8 Dekabr 2025 15:42
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İş yerində etik davranışlarla bağlı mühüm presedent formalaşdıran məhkəmə qərarı açıqlanıb. Ali Məhkəmə işə götürən tərəfindən xanım işçiyə göndərilən mesajları seksual qısnama kimi qiymətləndirib və iddiaçının mənəvi təzminat tələbi təmin olunub.

Milli.Az xəbər verir ki, məhkəmə materiallarına görə, işəgötürən qadın işçiyə "Hər zaman gözəlsən, hətta xəstə olanda belə", "Sənə komplimentlər deyə bilərəm?", "Əla görünürsən", "Çox zərif və gözəl dabanın var", "Mən səndə heç bir qüsur görmürəm" və "Bilirsən ki, səni nə qədər sevirəm?!" kimi mesajlar göndərib.

İşəgötürən bu yazışmaların motivasiya və mükafatlandırma məqsədi daşıdığını, həmçinin işçinin buna etiraz etmədiyini iddia etsə də, məhkəmə fərqli mövqe ortaya qoyub. Qərarda vurğulanıb ki, işçinin səssiz qalması və tolerantlıq göstərməsi razılıq kimi qiymətləndirilə bilməz.

Məsələ ilə bağlı vəkil Nurlan Səfərov Milli.Az-a bildirib ki, qanunvericiliyə əsasən, hakim heyəti bu cür mesajların iş mühitində narahatlıq yaratdığını, peşəkar münasibətləri pozduğunu və qadın işçinin şəxsi toxunulmazlığına müdaxilə kimi qəbul edilməli olduğunu bildirərək işçinin mənəvi ziyanın ödənilməsi tələbini əsaslı sayıb:

"Bu qərar əmək münasibətlərində etik davranış standartlarının daha ciddi şəkildə tətbiqi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu presedent gələcəkdə iş yerlərində oxşar halların qiymətləndirilməsinə də təsir göstərə bilər. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanuna  Seksual qısnama dedikdə  əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış nəzərdə tutulur.Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən  cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək  əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. və işçi seksual qısnamaya məruz qaldıqda işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır".

Aysel Əkbər
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.