Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, ölkəmiz dəvəti alan ilk ölkələrdən biri olub.
"Lakin bizi maraqlandıran məsələlərlə bağlı sorğular göndərmişik. Suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur", - nazir vurğulayıb.
Milli.Az





