Dünya

Dünya yeni müharibə astanasında - Minlərlə əsgər orduya qatıldı

8 Dekabr 2025 15:15
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın quru əməliyyatının başlamağa hazır olduğunu açıqlamasından sonra Venesuelada hərbi gərginlik daha da artıb.

Milli.Az xəbər verir  ki, ölkə mətbuatının məlumatına görə, 5600 yeni əsgər Bolivar Milli Silahlı Qüvvələrinə (FANB) and içərək rəsmi şəkildə ordu sıralarına qoşulub.

Rəsmi bəyanatda bildirilib ki, yeni hərbi personalın qəbul edilməsi ABŞ-dən və Karib dənizinə yerləşdirilən ABŞ donanmasından gələn "artan imperialist təhdidlər"ə cavab olaraq həyata keçirilib.

FANB komandiri general Xavyer Xose Markano dövlət televiziyası VTV-yə açıqlamasında orduya qoşulmaq üçün müraciətlərin son günlərdə kəskin şəkildə artdığını bildirib.

Rəsmi məlumatlara əsasən, Venesuelada hazırda təxminən 200 min aktiv hərbçi, 200 min polis əməkdaşı və milyonlarla ehtiyat milis üzvü mövcuddur.

Fidan
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.