Hadisə

Bugünkü qəzada həyatını itirən Zaurun FOTOsu

8 Dekabr 2025 14:28
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində ağır qəzada həyatını itirən Zaur Məmmədov taksi fəaliyyəti ilə məşğul olurmuş.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Minayə Məmmədova, eləcə də yaralanan Mübarək Məmmədov taksidə müştəri olub.

Faciəvi şəkildə ölən Zaurun fotolarını təqdim edirik:

Qeyd edək ki, qəza "MAN" markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə ağırtonnajlı yük maşını öz yolu ilə gedən və qarşıdan gələn "Toyota" markalı minik avtomobili ilə toqquşub. Baş vermiş hadisə ərazidəki kamera vasitəsilə anbaan lentə alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.