Türkiyə

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqladı

8 Fevral 2023 16:39
Baxış: 3 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır".

Bu fikirləri reportun Qaziantepə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

"Azərbaycandan göndərilən humanitar yardımları Türkiyə tərəfinə yönləndiririk və onlar özləri müəyyən edir ki, hansı bölgədə nəyə ehtiyac var. Ehtiyac olmayan yerə tibbi və digər ləvazimatların göndərilməsinin mənası yoxdur. Ümumiləşdirilmiş anbarlar var və orada bütün məhsullar çeşidlənilir", - səfir bildirib.

O bildirib ki, bu günə qədər Azərbaycandan gələn 647 nəfərlik xilasedici artıq iş başındadır:

"Hazırda ən çox ehtiyac məhz xilasedicilərədir. Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır. Ona görə də ancaq təzə geyimlər qəbul olunur. AFAD xilasediciləri ehtiyac bölgəsinə uyğun şəkildə göndərirr".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.