Türkiyə

Dünyada bir ilkə imza atan yeganə türk qadın - FOTO

28 Yanvar 2023 04:44
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iki kitabı, 200-dən çox məqaləsi və bir çox mükafatı olan tanınmış etnoloq Sabiha Tansuğ uşaq vaxtlarından anasının tikdiyi "Eğribaş gəlin başlığı"na məhəbbəti ilə həyatına yön verib.

1963-cü ildə Avropaya səfəri zamanı gördüyü geyim muzeylərindən təsirlənən etnoloq özü də ölkəsinin adət-ənənəsini dünyaya tanıtmaq qərarına gəlib. Bu məqsədlə Anadolunun hər qarışını gəzib, adət-ənənələrini öyrənib və qadın başlıqları toplamağa başlayıb. Onun kolleksiyası zamanla minlərlə baş örtüyünə çatıb. Sonda isə topladıqları ilə İstanbulda sərgi açıb və bu sərgisini dünyanın bir çox ölkələrində nümayiş etdirib.

1968-ci ildə dövrün zərbxana müdirinin təklifi ilə Tansuğ "Ankaralı gəlin" obrazında şəkil çəkdirib. Həmin şəkil 1971-ci ildə 50 qəpiklər üçün zərb edilib. Beləliklə o, dünyada sadə vətəndaşlar arasında pulun üzərinə şəkli basılan ilk qadın olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.