Türkiyə

Ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı

28 Dekabr 2022 09:24
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriye Arslanın qətiyyəti hər kəs tərəfindən bəyənilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, Arslan hərfləri tanımadığından qəzaya düşən və xəstəxanaya yerləşdirilən həyat yoldaşının adını oxuya bilmədiyi üçün onun otağını tapa bilməyib. Elə həmin gün o, dil kursuna getməyə qərar verib.

"İllər sonra oxuyub-yazmağı öyrənmək çox gözəl hissdir. Oxuyub-yazmağı bilməyən insanlar kor olurlar.

Kəndimizdə məktəb var idi. Anam, atam dağa gedirdilər. Uşaqlara mən baxırdım, ona görə də məktəbə gedə bilmədim. Sonradan Mersinə köçdük, oxumağı bacarmırdım deyə heç yerə tək gedə bilmirdim", - deyə 73 yaşında arzularına çatmağın sevincini yaşayan Arslan indi hər yerə tək getdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.