23 ildir zəlzələdə itən qızını axtaran ana: "Biz səni tapa bilmədik, sən bizi tap!"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əri və qızı ilə Kocaelinin Gölcük rayonunda yaşayan Nurgül Karamertin çox xoşbəxt həyatı olub. 1999-cu il avqustun 17-nə qədər.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, baş verən 7,4 bal gücündə zəlzələdə binanın çökməsi nəticəsində dağıntılar altında qalan cütlük düz 12 saat sonra xilas edilib. Qızları Gözdə isə dağıntılar arasında olmasa da, sağ-salamat çıxıb. Lakin o gündən sonra ailəsi onu bir daha görməyib. Ömrünün az qala yarısını qızını tapmağa həsr edən Nurgül Karamert Gözdəyə çağırış edib.
Nurgül Karamert 1970-ci ildə Adapazarıda anadan olub. 1993-cü ildə ailə quran Nurgül gəlin olaraq Kocaelinin Gölcük rayonunun Kavaklı məhəlləsinə köçüb. Bir müddət sonra Gözde bu evliliyin bəhrəsi olaraq dünyaya göz açıb. Qızları dünyaya gəldikdən sonra Karamert cütlüyü ailə kimi xoşbəxt həyatlarını davam etdiriblər.
1999-cu il avqustun 16-sı bir çox insanlar kimi onlar üçün də sıradan bir gün idi. Axşam birinci mərtəbədə yaşayan qonşular xına gecəsi ediblər. Nurgül ora 6 yaşlı qızı Gözde ilə gedib. Beşinci mərtəbədəki evlərinə çatanda tarix avqustun 17-si, saat isə gecə saat 01:30 idi. Gözde yuxuya getmişdi. Nurgül əvvəlcə qızını yatızdırıb. Saat 02 radələrində yuxuya gedib. Lakin səs-küy və titrəyişlə o, birdən ayılıb və qışqırmağa başlayıb.
Həyat yoldaşı ilk sarsıntını hiss etməyib. Nurgülün qışqırığına dərhal ayılıb. Nurgül həmin gün deyib: "Biz titrəyirdik, dərhal ayağa qalxıb qapıya tərəf getdim. Otağın qapısı açıq idi, lakin sarsıntıdan qəfil bağlandı. Qapını açmağa çalışdım. Məqsədim qızımı qonşu otağa aparıb binadan çıxmaq idi. Heç ağlıma da gəlməzdi ki, bina çökəcək. Zor da olsa qapını aça bildim. Gözdənin otağının astanasına addımladığım anda bina saniyələr içində uçdu. Bir addım daha ata bilsəydim Gözdənin otağında olardım, amma o addımı ata bilmdim.
Bina yıxılan an "ölürük" dedim. Ərim arxamda idi. Birlikdə kəlmeyi şəhadəti oxuduq. Bina çökdü, amma həyat yoldaşımla sağ idik. Sıxışdığımız üçüb bir-birimizi görə bilmirdik, amma səsimizi eşidirdik. Həyat yoldaşım çox zərbə aldığı üçün daim huşunu itirirdi, ona görə yatmasını əngəlləmək üçün onunla danışırdım. Həmin an daim kömək istəyirdim. Hamının səsini eşidirdim, amma məni heç kim eşitmirdi".
12 saat dağıntılar altında qalan cütlük xilas edilib. Nurgül xilas olunma anı ilə bağlı bildirib: "Qonşu binanın dağıntıları ilə yaşadığımız bina bir-birinə qarışıb. Qonşuda yaşayan şəxs ailəsini axtararkən təsadüfən səsimizi eşitdi. Əgər o adam ailəsini tapmağa gəlməsəydi, bəlkə də sağ qalmaq şansımız olmayacaqdı. Təəssüf ki, onun həyat yoldaşı və uşaqları dağıntılar altında ölüb. Ancaq bizim sağ qalmaq üçün bir günümüz varmış".
Karamert cütlüyü dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb. Aldıqları zərbələrə görə Nurgül 15 ay, əri isə 3 ay müalicə alıb. Vəziyyətləri yaxşı olub, amma qızları Gözdə yoxa çıxıb. Onun harada olduğu tezliklə məlum olub. O, dağıntılar altında qalmayıb, binadan çıxa bilmiş və binanın qarşısındakı boş sahəyə gedibmiş.
Onu qonşu binadakı bir leytenant da görüb. Gözdə leytenanta "Qardaş mən yatmışdım, oyananda çöldə idim. Oradan qaçaraq gəldim" deyib. Leytenant başından yaralanıb. Uşağın daxili qanaxması ola biləcəyini düşündüyü üçün Gözdəni də götürüb birlikdə hərbi xəstəxanaya gediblər. Lakin yaralı leytenant xəstəxananın bağçasında huşunu itirib. Özünə gələndə isə Gözde yanında olmayıb. Karamert cütlüyü bu məlumatı sağalmış leytenant onların yanına gələndə öyrənib.
Bəs Gözde haradadır?
O gündən sonra Karamert cütlüyü Gözdəni hər yerdə axtarıb, ancaq heç yerdə tapa bilməyib. Bəs Gözde harada idi? Nurgül Gözdəni tapmaq üçün televiziya proqramlarına çıxıb. Bu, 11 il sonra Gözdəyə çatmaq ümidlərini reallığa çevirə bilərdi. Çünki verilişdən sonra bir qadın Nurgüllə əlaqəö saxlayaraq "Polkovnik olan qardaşım zəlzələdə Gözde adlı qızla tanış olduğunu və ailəsi öldüyü üçün onu himayəsinə götürdüyünü deyib".
Bundan sonra Karamert ailəsi dərhal prokurorluğa müraciət edib. Amma polkovnik ölmüşdü. Sağlığında iki evlilik yaşayan polkovnikin ikinci evliliyindən bir qızı və bir oğlu olub. Lakin polkovnik onları atıb birinci arvadının yanına qayıtmışdı. Zəlzələ baş verən zaman o, birinci arvadı ilə yaşayırdı. Polkovnikin bacısı, oğlu və qonşuları Gözdəni tanısalar da, birinci arvadı onu heç vaxt görmədiyini israr edib.
"Gözdəni axtararkən mən də həyata tutunmağa çalışdım. Bu müddət ərzində iki övladım oldu. Yaşamaq və iki övladıma baxmaq məcburiyyətində qaldım". "Gözde - Səsimi eşidən varmı?" adlı bir kitab yazdım. Gözdənin "Anam məni axtardıçı, ya yox?" şübhələrini aradan qaldırmaq istədim, qızıma vəsiyyət etdim".
"23 ildir qızımı axtarıram"
Nurgül polkovnikin birinci həyat yoldaşının saxlanıldığını, lakin müddətinə görə sorğu-sual oluna bilmədiyini deyib: "Qızımın sağ olduğuna, haradasa nəfəs aldığına, ürəyinin döyündüyünə həmişə inanmışam. 22 il inanaraq mübarizə aparmışam. Son bir ildir ki, polis araşdırma aparır. Mənə görə Gözde 100 faiz, polisə görə isə 99 faiz sağdır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
XƏBƏR LENTİ
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı





