Türkiyə

Parlament binasında 55 pişik məskunlaşdı

5 Oktyabr 2022 15:12
Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə parlamenti kompleksində 55 pişik yaşayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, parlamentin əməkdaşlarından biri olan Nur Küçükün sözlərinə görə, kompleksdə xüsusi ab-havanın yaranmasına pişiklər cavabdehdir.

O, pişik balaları və yetkin heyvanlar üçün müxtəlif yemlərin alındığını, TBMM sədri Mustafa Şentopun göstərişindən sonra ev heyvanlarının gündə 3 dəfə yemləndiyi kompleksin ərazisində yemləmə üçün xüsusi yerlərin müəyyən edildiyini diqqətə çatdırıb.

"Bunlar bizim parlamentə fərqli ab-hava gətirən balaca bədheybətlərimizdir. Bu da onların evidir", - deyə Küçük bəyan edib.

O əlavə edib ki, keçən ay pişiklərdən biri üç bala dünyaya gətirib.

"Parlamentə gələn qonaqlar ərazidə heyvanlarla rastlaşanda həmişə sevinirlər - pişikləri sığallayır və şəkil çəkdirirlər", - deyə Küçük qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.