Türkiyə

Türk ulduzlardan Azərbaycana başsağlığı

14 Sentyabr 2022 20:44
Baxış: 2 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur simaları Ermənistan təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən yazır ki, pop ulduz Demet Akalın instaqramın hekayə bölməsində "Azərbaycan. 50 şəhid. Başınız sağ olsun" şərhini paylaşıb.

Müğənni Özcan Deniz isə paylşamında bu sözləri qeyd edib:

"Can Azərbaycan, başın sağ olsun. Acını paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik".

Sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan, müğənni və aparıcı Oğuzhan Uğur bayrağımızı paylaşaraq ölkəmizə dəstək olub.

Aktyor Mert Öcal "Başınız sağ olsun, Azərbaycan" şərhini hekayə bölməsində yerləşdirib.

Məşhur komediya aktyoru Şahan Gökbakarda bayrağımızın fotosunu ürək emojisi ilə paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.