Türkiyə

Türkiyədə avtobus dərəyə aşdı - Xeyli yaralı var - FOTO

17 İyul 2022 11:50
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:50

Türkiyənin Kayseri vilayətində turistlərin olduğu avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Sarıoğlan rayonunun İlıca məhəlləsində baş verib. Avtobus Qara dəniz turundan Mersinə qayıdırmış. Avtobus əvvəlcə yolun kənarında maneələrə çırpılıb, daha sonra isə yana çevrilib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün yuxulaması olub.

Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

--------

10:00

Türkiyənin Kayseri vilayətinin Bünyan rayonunda tur avtobusu yoldan çıxaraq aşıb.

Milli.Az Türkiyə mediasına istinadən bildirir ki, 33 EKC 39 nömrə nişanlı, Kayseri-Sivas yoluu ilə hərəkət edən avtobus Sultanhanı yaxınlığında aşıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.