Türkiyə

Türkiyə MN Azərbaycanı belə təbrik etdi - FOTO

26 İyun 2022 16:16
0 Şərh     Baxış: 815
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bütöv Vətən Hərəkatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək qüdrətini bütün dünyaya nümayiş etdirən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrini bu əziz gün münasibətilə təbrik edir və qardaşlarımızı ürəkdən salamlayırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) bu ifadələrlə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin qoşun birliyinin nizami hərəkətini əks etdirən, eləcə də Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birgə dalğalandığı fotoların da əks olunduğu təbrik MMN-nin rəsmi saytında paylaşılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.