Türkiyə

Kuryerin sifarişini oğurladılar - VİDEO

3 İyun 2022 16:00
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Sultangazidə kuryer bir binaya sifariş çatdırdığı zaman motosikletində olan ikinci sifariş oğrular tərəfindən oğurlanıb. Bu hadisə təhlükəsizlik kameralarına əks olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhəllədə olan iki fərqli ünvana sifarişləri gətirən kuryer ilk sifarişi vermək üçün binaya girdiyi zaman küçədə olan iki şəxs motosikletdən digər sifarişi oğurlayaraq qaçıb.

Binadan çıxan kuryer səbətdəki sifarişi yoxlayarkən yerində olmadığını görüb. Daha sonra təhlükəsizlik kameralarından hadisənin necə baş verdiyi üzə çıxıb.

Təxminən 10 ildir kuryerlik edən Rəsul Yıkıcı belə hallarla tez-tez üzləşdiklərini və oğurlanan sifarişlərin ödənişini çalışdıqları firmaların qarşıladığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.