Türkiyə

"Petekkaya Azərbaycan musiqisinə söz yazmağımı istədi" - Sinan Akçıl

1 Fevral 2022 15:00
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Sinan Akçıl "Uykusuzlar kulübü" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Akçıl aktyor Erkan Petekkaya barədə etdiyi açıqlama ilə gündəmə gəlib:

"Səhər 05:00-da məni yığdı ki, həyat yoldaşımla bu yay bir mahnını çox sevmişik. Azərbaycan mahnısına söz yazmağımı istədi. Geri çevirmək istəmədiyim biridir. Mahnını da çox bəyəndim. Uzun illər teatrda çalışıb, musiqi duyumu çox yaxşıdır. Bir vaxtlar qonşu idik. Həyətə gəlib, "Sinan" deyə, qışqırırdı. İşıqları söndürürdüm, evdə yoxam kimi davrandım. Çünki görüşsək iki gün danışacağıq. Amma iki əli qanda da olsa, çağırsan gələcək. Çox dəliqanlıdır".

Qeyd edək ki, Petekkaya hazırda "Kırmızı oda" serialında rol alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.