Türkiyə

13 yaşlı qıza əxlaqsız mesaj yazan oğlanı görüşə çağırıb başına oyun açdılar - VİDEO

11 Yanvar 2022 19:18
3 Şərh     Baxış: 3 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümraniyedə (Türkiyə) yaşanan qalmaqal hər kəsi şoka salıb.

Milli.Az türk mediasına istinadən xəbər verir ki,13 yaşlıya təcavüz etdiyi iddia edilən şübhəliyə qızın adından mesaj yazıblar. Görüş yerinə gələn şübhəli ona qarşı tələ qurulduğunu görəndə avtomobilinə minib qaçmağa çalışıb. Lakin qohumlar avtomobilin arxa şüşəsini sındırıb təcavüzkarı döyüblər. Həmin anlar kameralara düşüb. Başından zərbə alan şəxsin qabırğaları sındırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.