Türkiyə

Türkiyədə əmlakına həbs qoyulan azərbaycanlı qadın: Polkovnik qızı, İŞİD-çi, "canlı bomba"...

24 Dekabr 2021 15:12
Baxış: 1 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub.

Milli.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu və Xəzinə və Maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıb.
Siyahıda azərbaycanlı xanım da var. Belə ki, 34 yaşlı Məmmədova Ülkər Şahmurad qızı İŞİD üzvü olmaqda günahlandırılır. Azərbaycanın Qubadlı rayonunda doğulan Ülkər Məmmədova 2015-ci ildə paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən İŞİD üzvü Mustafa Dokumacının həyat yoldaşı olub.

Azərbaycanlı qadın 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. O, hətta İŞİD-in "canlı bomba" siyahısında olub. Ülkər Məmmədova bildirib ki, Ankara terrorunu törədən Mustafa Dokumacı 2020-ci ildə zərbə PUA-sı tərəfindən məhv edilib.

Ülkər Məmmədovanın atası Şahmurad Məmmədov ehtiyatda olan polkovnikdir. Terrorçuluqda ittiham olunan azərbaycanlı qadın Azərbaycanda politologiya ixtisasına qəbul olsa da, baş örtüyü səbəbindən universitetə gedə bilməyib. Bu səbəbdən oxumaq üçün Türkiyəyə üz tutan qadın Konyanın Səlcuq Universitetinə qəbul olub. Burada o, "Facebook"da Mustafa Dokumacı ilə tanış olaraq onunla evlənib və İŞİD-ə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.