İdman

Kamran Ağayev qaşından xəsarət alıb

27 Noyabr 2021 20:59
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"ni təbrik edirəm. Ağır oyun olacağını bilirdik. Rəqib 3 görüşdə məğlub olmuşdu. Bizə hər qarşılaşma çətin olur. Bacardığımız qədər yaxşı hazırlaşmaq istəyirdik".

Milli.Az "Report"a istinadən bildirir ki, bu fikirləri "Səbail"in məşqçisi Vüqar Məmməd "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçuların əllərindən gələni etdiyini bildirib: "Növbəti matça hazırlaşacağıq. Rahid Əmirquliyev bizim kapitanımızdır. Ona istirahət vermək istəyirdik. Bu səbəbdən ehtiyatdan oyuna girdi. Ruslan Hacıyevin isə ikinci yarıda meydana daxil olması taktiki gedişlə bağlı idi".

Məmməd Kamran Ağayevin görüşün sonunda tez paltardəyişmə otağına yollanmasına münasibət bildirib: "Onun epizoduna yaxın idim. "Neftçi"nin futbolçusu həmin vaxt üzr istəməli idi. Amma gülərək çıxıb getdi. İndi Kamran Ağayevin qaş nahiyəsində çat əmələ gəlib. Ağayev artıq sakitləşib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.