İdman

İngiltərə və İsveçrə DÇ-2022-də, İtaliya pley-offa qaldı - VİDEO

16 Noyabr 2021 15:04
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin daha üç qrupunda mübarizə yekunlaşıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, F qrupunda hər şey formal xarakter daşıyıb. Belə ki, Danimarkanın mundialda, Şotlandiyanın isə dünya çempionatına çıxmaq üçün pley-offda iştirak edəcəyi daha öncədən müəyyənləşib. Buna baxmayaraq, komandalar arasındakı matçda ev sahibi şotlandlar üstün olmaqla seçmə mərhələdəki çıxışlarını qələbə ilə başa çatdırıblar - 2:0

İ qrupunda da İngiltərə San Marino üzərində asan qələbə əldə edərək dünya çempionatında iştirakını rəsmiləşdirib - 0:10. İkinci pillədə qərarlaşan Polşa isə doğma meydanda Macarıstana məğlub olsa da pley-offda mübarizəni davam etdirmək hüququ qazanıb - 1:2.

Gecənin əsas mübarizəsi C qrupunda yaşanıb. Şimali İrlandiya ilə qolsuz heç-heçə edən İtaliya son turda dünya çempionatına birbaşa çıxış imkanını əldən verib - 0:0. Mançininin yetirmələri turnirdə iştirak üçün pley-offda yarışacaq. Son Avropa çempionunun büdrməsindən istifadə edən İsveçrə isə Bolqarıstana dörd cavabsız qol vuraraq çempionatda iştirakını təmin edib - 4:0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

DÇ-2022-nin seçmə mərhələsi

15 noyabr

C qrupu

Şimali İrlandiya - İtaliya 0:0

İsveçrə - Bolqarıstan 4:0

F qrupu

İsrail - Farer adaları 3:2

Şotlandiya - Danimarka 2:0

Avstriya - Moldova 4:1

I qrupu

San Marino - İngiltərə 0:10

Albaniya - Andorra 1:0

Polşa - Macarıstan 1:2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.